Xəbər lenti
Ehtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət etdilər
Ehtiyatda olan bir qrup hərbi qulluqçu mayın 30-da erməni silahlı bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan mayor Aqil Akif oğlu Omarovun məzarını ziyarət edib.
Manevr.az APA-ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutmuş ziyarətə ehtiyatda olan bir qrup hərbi qulluqçu, hərbi ekspertlər və Qarabağ qaziləri qatılıb. Onlar Qax rayonunun Lələpaşa kəndində A.Omarovun yas mərasimində iştirak edib, şəhidin ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.
Daha sonra şəhidin məzarıziyarət edilib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli şəhidin məzarı başında çıxış edərək A.Omarovun Azərbaycanın ərazi bütövlüyünün qorunmasındakı xidmətlərindən danışıb. A. Omarovun vətən uğrunda şəhid olduğunu qeyd edən E.Həsənli onun xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini bildirib.
Daha sonra çıxış edənlər – Milli Qəhrəman Vahid Quliyev, Qarabağ qaziləri Hikmət və Anar Məmmədovlar şəhidimizin qisasının qıza müddətdə alınacağını bəyan ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar