Xəbər lenti
Gürcüstan XİN rəhbərindən "Keşikçidağ" bəyanatı
Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın normal şəraitdə fəaliyyət göstərməsinə imkan verilməlidir.
Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.
XİN başçısı deyib ki, sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
D.Zalkaliani qeyd edib ki, Keşikçi Dağı Məbəd-Kompleksi həssas məsələdir və spekulyasiyalar yolverilməzdir.
Nazir əlavə edib ki, ekspertlərin birgə baxışı üçün hər iki tərəfə uyğun vaxt müəyyən olunur:
“Komissiyanın tərkibində sərhəd polisi, həmçinin müdafiə və daxili işlər nazirliklərinin nümayəndə və ekspertləri, kartoqraflar təmsil olunurlar. Ekspertlər birgə baxışı həyata keçirib vəziyyəti araşdıracaqlar. Bu səfərin nə vaxt baş tutacağı barədə ictimaiyyət məlumatlandırılacaq”.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar