Xəbər lenti
Erməni müğənni "Tut ağacı boyunca" mahnısını Azərbaycan dilində oxudu - VİDEO

Rusiyada yaşayan və "Kirovabadskiy" ləqəbilə tanınan erməni müğənni Vaçik Oqanyanın məşhur Azərbaycan xalq mahnılarından olan "Tut ağacı boyunca" mahnısını azərbaycan dilində oxuması sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, ötəni il sosial şəbəkələrdə paylaşılan bu mahnıyı onminlərlə insan izləyib və minlərlə şərh yazılıb.
Məlumat üçün bildirək ki, daha əvvəl də erməni müğənnilər Azərbaycan mahnılarını ifa ediblər və əksər hallarda mahnının sözlərini erməni dilində səsləndiriblər, hətta bir-çox hallarda həmin mahnıları erməni musiqisi kimi təqdim ediblər. Lakin, Vaçik Oqanyanın "Tut ağacı boyunca" mahnısını azərbaycan dilində səsləndirməsi insanlar tərəfindən maraqla qarşılanıb.
Onu da bildirək ki, bu, erməni müğənnilərin azərbaycan dilində mahnı oxuması ilə bağlı ilk hal deyil. Bir-neçə il əvvəl Bakıda anadan olmuş "Boka" ləqəbli məşhur erməni müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - "Bu qala, daşlı qala"nı azərbaycan dilində ifa edib.
Həmin videoları təqdim edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar