Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir: "Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar"

Tarix: 04-06-2019 11:15     Baxış: 3202 A- / A+
Nazir: "Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar"


Bu gün zəngin bioloji müxtəliflik komponentlərinə malik olan milli parklarda 100-dən yuxarı turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib.


Manevr.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Şəhərdən kəndə" aqroekoturizm layihəsinin təqdimatında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, Azərbaycanda qısa müddət ərzində milli parkların sayı 10-a çatdırılıb. Park ərazilərində ziyarətçilərin dolğun məlumatlandırılması məqsədilə əyani vəsaitlərlə, innovativ lövhələrlə təchiz olunmuş Məlumat Mərkəzləri var. Azyaşlı ziyarətçilər üçün isə onların maraq dairələrinə uyğun uşaq guşələri fəaliyyət göstərir.

M.Babayev əlavə edib ki, turistlərin müşayiət olunması və məlumatlandırılması üçün milli park ərazilərində bələdçilər fəaliyyət göstərir. Bu gün hər bir milli parkda ətraf kəndlər üzrə turistik baza məlumatları mövcuddur.

Onun bildirdiyinə görə, gələn qonaqlara kəndlərin tarixi, xüsusiyyətləri, istər yerli, istərsə də xarici turistlərin maraq dairəsinə aid imkanları, qonaq evlərinin siyahısı verilir və kəndlərin qastronomik imkanları təbliğ edilir:

"Bu baxımdan bu gün təqdim olunacaq layihə təbiət ərazilərinin, xüsusən milli parkların iştirakını zəruri edir. Bununla belə layihənin icrası zamanı xüsusi diqqət yetirilməli məqam şəhərdən kəndə, həmçinin təbiət ərazilərinə insan marağını təmin etməklə bərabər baş verə biləcək neqativ - antropogen təsirləri minimuma endirməkdən ibarətdir. Kənd mühiti, kənd təbiəti özündə saflığı təcəssüm etdirir. Buraya gələn insanlar geriyə - şəhərə qayıdanda özləri ilə müsbət enerji və onların daşıyıcısı olan məhsulları aparır. Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar. Heç bir halda təbiətə neqativ təsir edilməməlidir"./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar