Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiyanın Qarabağ cəbhəsində hərbi təxribat törətmək imkanı var, çünki...”

Tarix: 03-06-2019 17:45     Baxış: 3245 A- / A+
“Rusiyanın Qarabağ cəbhəsində hərbi təxribat törətmək imkanı var, çünki...”

Natiq Miri: “Separatçı rejimin yüksək çinli zabitlərinin çoxu bu ölkənin xüsusi xidmət orqanlarına xidmət edir”

Ermənistandakı mövcud daxili gərginliyin təmas xəttinə də sirayət edə biləcəyi ilə bağlı ehtimallar səslənməkdədir. Bəzi ekspertlər hesab edir ki, Qarabağ klanı Paşinyan hökumətini əlavə təzyiqlərə məruz qoymaq üçün təmas xəttində təxribat törədə, bununla da öz siyasi məqsədlərinə nail olmağa çalışa bilərlər.

Manevr.az xəbər verr k, moderator.az-a açıqlama verən politoloq Natiq Miri bu ehtimalın mövcudluğunu qeyd etməklə yanaşı, Rusiya amilinə də diqqət çəkb:

“Yadınızdadırsa, bir neçə ay öncə qeyd etmişdim ki, cəbhə xəttində təxribatların baş vermə təhlükəsi mövcuddur. Bu təhlükə də Paşinyan hökumətinə müxalifətdə olan Qarabağ klanı ilə əlaqəlidir. Qarabağ klanının başında keçmiş prezidentlər Sərkisyan və Koçaryan durur. Qondarma Qarabağ rejiminin zirvəsində də yenə həmin Qarabağ hərbi xuntasının nümayəndələri durur. Bu baxımdan onlar Paşinyan hökuməti üçün istənilən zaman sürpriz hərbi təxribatlar yaratmaq imkanına malikdirlər.

Ayrıca, bu məsələ Sərkisyan və Koçaryanın sərhəddini aşıb. Bu, həm də Rusiya ilə əlaqəlidir. İşğaldakı ərazilərdəki erməni hərbi xuntasının əksər generaliteti, yüksək çinli hərbi zabitləri bilavasitə Rusiyanın xüsusi xidmət orqnalarına xidmət edir. Ona görə istənilən zaman Rusiya Paşioyan hökumətinə problem yaratmaq istədikdə, Qarabağ cəbhəsində müəyyən hərbi təxribat törədə bilər. Bu təxribatın miqyası indikidən daha böyük ola bilər. Onlar süni hadisələr yaratmaqla Azərbaycan ordusunun hərəkətə gəlməsini tətikləyə bilərlər. Azərbaycan ordusunun bri neçə kəndi azad etməsi Ermənistan ictimaiyyəti arasında Paşinyana qarşı yeni etiraz dalğasına yol aça bilər. Bu gün Paşinyan hökumətinin ən çox qorxduğu məsələ Qarabağ cəbhəsində hərbi təxribatların törənə biləcəyi məsələsidir. Odur ki, Azərbaycan daim ayıq-sayıq olmalı, düşmənin hər bir addımını izləməlidir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar