Xəbər lenti
Dəhşət! Brazilyalı bu adam hər an partlaya bilər
48 yaşlı brazilyalı tikinti işçisi Valdir Segato illərlə bədənini böyütmək üçün əlindən gələni edib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, o, həkimlərin bütün xəbərdarlığına baxmayaraq 9 ildir mütəmadi şəkildə ölüm təhlükəsi olan yağ inyeksiyası istifadə edərək nəhəng bir bədənə sahib olub.
Sosial mediada fenomen olan Seqato 60 santimetr qalınlıqdakı əzələləri ilə mübahisələrə səbəb olub. Yağ, alkoqol və ağrıkəsici kimi maddələrin qarışımından ibarət sintolun bədəndə ağır təxribata yol açdığı bilinir.
Mütəxəssislər bədənə sintol vurmanın sinir sisteminə zərər verə biləcəyi, infeksiyaya yol aça biləcəyi, yaralara və infarkta səbəb ola biləcəyini deyərək tez-tez xəbərdarlıq edir. Əzələləri böyük göstərən bu qarışım səbəbilə bir neçə insanın öldüyü də bildirilib.
Valdir Segato fotolarından şübhələnənlər üçün hesabındakı son paylaşımda “Fotoşop yoxdur” sözlərini yazıb.
Çox sayda istifadəçi Segatonu bu təhlükəli həvəsindən əl çəkməsi üçün xəbərdarlıq edir, bəziləri isə onların psixoloji müalicə almasının vacib olduğunu düşünür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar