Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Cəbhə bölgələrində yaşayan uşaqlar tibbi müayinədən keçiblər

Tarix: 01-06-2019 17:24     Baxış: 3238 A- / A+
Cəbhə bölgələrində yaşayan uşaqlar tibbi müayinədən keçiblər

Azərbaycan Səhiyyə Nazirliyinin xətti ilə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı cəbhə bölgələrində yaşayan uşaqları yüksəkixtisaslı mütəxəssislər tibbi müayinələrdən keçirib.

Manevr.az-ın xəbərinə görə paytaxtdan gələn səhiyyə işçiləri, Ağdamın Quzanlı qəsəbəsində azyaşlıları pulsuz tibbi müayinədən keçiriblər. Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev ONA-ya açıqlamasında bildirib ki, səyyar xidmət, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin öncədən hazırladığı tədbirlər planına müvafiq olaraq aparılır: “Həkim briqadalarımız, qoşunların qarşıdurma xəttində yerləşən Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Tovuz və digər cəbhəyanı rayonlarda əhalini yüksək ixtisaslı mütəxəssislər tərəfindən kompleks müayinədən keçirilməsi və onlara yardım məsləhətlərinin verilməsi məqsədi ilə biz burdayıq. Bu missiya ümumilikdə çox xeyir bir xeyirxah bir işdir. Ümumiyyətlə bütün dünyada uşaqların beynəlxalq müdafiəsi dedikdə uşaqların hüquqlarının qorunması cəmiyyətdə uşaqlara dəstəyin göstərilməsi nəzərdə tutulub.

Təəssüflər olsun ki, müayinə zamanı məlum oldu ki, müəyyən sağlamlıq problemləri olan uşaqlarımız var. Onları ya burda müalicə edirik ya da Bakı şəhərində müalicə müəssisələrində yüksək ixtisaslı yardım məqsədi ilə göndəriş yazıb aparılmasını təmin edəcəyik”.ona

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar