Xəbər lenti
Aydın Mirzəzadə təkzib edir: “Paşinyanı snayperlə vurmağa çağırış etməmişəm”
Milli Məclisin deputatı Aydın Mirzəzadə təkzib mətni ilə çıxış edib.
Manevr.az xəbər verir ki, musavat.com-a göndərilən təkzibdə deyilir: “Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistan baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm. Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib, çıxarda bilər. Eləcə də, Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.
Qeyd edək ki, bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə plenar iclasda zabitimizin erməni snayperləri tərəfindən qətlə yetirilməsindən dolayı üzüntüsünü ifadə etmişdi.
İndi məlum olur ki, bu zaman onun etdiyi çıxış iclasın işini müşahidə edən jurnalistlər tərəfindən fərqli bir məzmunda ictimaiyyətə çatdırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar