Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Torpağımızı bi̇r qrup dələduz saxta yolla məni̇msəyi̇b" - Hürni̇sə Bağırovadan prezidentə MÜRACİƏT

Tarix: 30-05-2019 19:52     Baxış: 3157 A- / A+
 "Torpağımızı bi̇r qrup dələduz saxta yolla məni̇msəyi̇b"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

I vitse-prezident Mehriban xanım Əliyevaya

Baş prokuror cənab Zakir Qaralova

Səbail Rayon İcra hakimiyyətinin Başçısı cənab Vüqar Zeynalova

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, mənzil 14-də yaşayan Bağırova Hürnisə Qüdrət qızı tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab İlham Heydər oğlu!


1996-cı ildən yaşadığımız binanın yola tərəf həyət hissəsində qonşuların və Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyinin icazəsiylə 3,5 sot torpaq sahəsində bağçılıq-bostançılıq məqsədilə təmizlik işləri apardıq, ağaclar əkdik. 2005-ci ildə bu torpaq sahəsini sənədləşdirmək və övladlaımızın birinə fərdi mənzil tikmək üçün Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətinə, Səbail Rayon Bələdiyyəsinə müraciət etdik. Səbail Rayon Bələdiyyəsinin müvafiq olaraq 2005-ci il 23 dekabr, 209-saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmilədirildi. Bir müddət sonra, təxminən 2009-2010-cu illərdə həyat yoldaşım, ədliyyə polkovniki, mərhum Şahkişi Bağırov işdən tez- tez çıxa bilmədiyindən, həmçinin tikinti aparmağa vaxtı olmadığından həmin torpaq sahəsini satıb hazır mənzil almaq istədik. Bu işdə ona tanışı Musayev Zaməddin adlı bir şəxs kömək edəcəyini söz verdi. Ancaq bir müddət sonra bizə bəlli oldu ki, Zaməddin adlı şəxs Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynovla həmin torpaq sahəsini İlqar adlı bir şəxsə satmış və ona saxta yollarla sənəd düzəldiblər. Bu barədə müvafiq orqanlara müraciət etsək də, bu günədək heç bir tədbir görülmədi. Həyat yoldaşım ağır xəstəlikdən vaxtsız dünyasını dəyişdi. Uzun illər həyatını dövlətə xidmətə həsr edən bir insanın müraciəti sayılmaz qaldı.

Sizdən bizə məxsus həmin torpaq sahəsinin kimlər tərəfindən və hansı yollarla sənədləşdirilib satanların cəzalandırılmasını, torpaq sahəsinin bizə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm. sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar