Xəbər lenti
Deputatlar iki gün Milli Məclisdə müzakirələr aparacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Manevr.az bildirir ki, iclas iki gün davam edəcək.
İclasın əvvəlində deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələyə baxacaqlar.
Daha sonra iclaslarda "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi, "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi, o cümlədən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.
Ümumilikdə iclasın gündəliyinə 26 məsələ daxildir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar