Xəbər lenti
"Çelsi" Bakıda darmadağın etdi
Dünyanın izlədiyi final zadəganlar"ın böyük hesablı qələbəsi ilə bitib
Ötən gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib. Görüş "zadəganlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.
Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final oyununa Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Oyunu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar.
Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxıb.
Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi oldu.
Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirildi. Daha sonra “Arsenal” və “Çelsi” komandalarının futbolçuları meydana çıxıblar.
Qarşılaşmanın birinci hissəsində bir neçə dəfə təhlükəli vəziyyət yaransa da, hesab açılmadı. İkinci hissəyə “Çelsi” daha fəal başlayıb. Bu fəallığın nəticəsində 49-cu dəqiqədə Oliviye Jiru öz komandasını 1:0 hesabı ilə önə keçirdi. Qarşılaşmanın 60-cı dəqiqəsində “Çelsi” hesabda üstünlüyünü artırdı. Budəfəki qolun müəllifi Pedro Rozdrigez oldu. Beş dəqiqə sonra “Arsenal”ın qapısına penalti təyin edildi. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırdı. “Arsenal” hesab arasındakı fərqi 69-cu dəqiqədə Aleks İvobinin möhtəşəm qolu ilə azaltmağa müvəffəq olsa da, iki dəqiqə sonra Eden Azarın vurduğu qolla “Çelsi” fərqi üç topa çıxardı: 4:1.
Bununla da “Çelsi” komandası UEFA Avropa Liqasının 2018-2019-cu illər mövsümünün qalibi oldu.
Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.
“Çelsi”nin fransalı hücumçusu Oliviye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar