Xəbər lenti
“Bilsəm ki, avtomat götürüb Şahbaz və Dilqəmi azad edə bilərəm…” - Cavid Qurbanov
“Şahbaz və Dilqəm nə ediblər ki? Öz torpaqlarına gediblər də… Bu adamlar orada qeyri-qanuni heç nə etməyiblər”.
Manevr.az xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.
Kəlbəcərdən seçilən millət vəkili kəlbəcərli girovlar Şahbaz və Dilqəmdən danışaraq deyib ki, özü şəxsən bu işlə ciddi məşğuldur:
“Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Hələlik düzgün olmayan həqiqət ermənilərin tərəfindədir. Bu adamlar da -Şahbaz və Dilqəm risq edib vətənlərinə getdilər və tutuldular. Mən özüm bu işlə məşğul oluram. Amma bəzi şeylər var ki, bunları açıqlamıram. Cənab prezident də özü bu işlə xüsusi məşğuldur. Cənab prezident Putinin və Sarkisyanın yanında da bu məsələni qaldırdı. Mənim iş-gücüm ancaq onun ailəsinə kömək etməkdir. Bilsəm ki, mən, 2-3 adamla avtomat götürüb gedib Şahbaz və Dilqəmi azad edəcəyik, gəlin gedək. Bununla məsələ düzəlir? Bunu siyasi yolla həll etmək lazımdır. Bunu da ölkə prezidenti ən yüksək səviyyədə səsləndirib”.
C.Qurbanov qeyd edib ki, özü də Dilqəm və Şahbaz məsələsi ilə məşğul olur:
“Bu işlə Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və mən məşğulam. Mən bunu reklam etmirəm. . Bütün hər şey hesablananda təhlükəsizliyin əsas götürülməsinə hesablanır. Bir insan həyatının qiyməti yoxdur, bəlkə də milyardlara bərabərdir. Sülh yolu ilə münaqişə öz həllini tapsa daha yaxşı olar. Əgər sülh olmasa biz özümüz sülhü almalıyıq. Azərbaycan da bəyan edib ki, bizim də səbrimizin tükənmə həddi var”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar