Xəbər lenti
"Yanğından zərər çəkənlər yeni binaya köçürüləcək" - Əli Həsənov
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nizami rayonunda yanğından zərər çəkən məcburi köçkün ailələrinə baş çəkib.
Dövlət Komitəsindən verilən məlumata görə, Ə.Həsənov yanğının fəsadlarının aradan qaldırılması üçün tapşırıqlar verib.
Komitə sədri bildirib ki, yanğından zərər çəkmiş ailələrə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Məcburi köçkünlərin məskunlaşdığı həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün Nizami rayon icra hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılacaq. Sabunçu rayonu ərazisində həyata keçirilmiş pilot layihənin həmin əraziyə tətbiq edilməsi məsələsinə baxılacaq və həmin şirkətə orada yaşayan məcburi köçkün ailələrinin müvəqqəti olaraq kirayə mənzillərə köçürülməsi, şirkət tərəfindən çoxmənzilli yaşayış binası tikildikdən sonra həmin ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq.
Qeyd edək ki, noyabrın 29-da gecə saat 03:49-da Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində 21 məcburi köçkün ailəsinin məskunlaşdığı, tikintisi yarımçıq qalmış binada yanğın baş verib, hadisə nəticəsində Füzuli rayonunun Mirzənağılı kənd sakinləri Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı Babaşova Cəvahir Əlövsət qızı və övladları Babaşov Fərhad Seymur oğlu, Babaşov Elşad Seymur oğlu vəfat etmiş və digər 2 məcburi köçkün ailəsinin mənzilinə ziyan dəyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar