Xəbər lenti
Dünya ölkələrində internetin sürəti: Azərbaycan 98-ci sırda - SİYAHI
Region ölkələri arasında ən sürətli internetin olduğu ölkə Ukrayna hesab olunur.
Manevr.az bildirir ki, dünyanın 196 ölkəsinin yer aldığı siyahıda Ukrayna internetin sürətinə görə ən yaxşı nəticə göstərən 37-ci ölkə olub.
Ukraynada internetin orta sürəti 12,8 megabitə (Mbps) bərabər olub.
Azərbaycan siyahıda 98-ci sırada qərarlaşıb. Bildirilir ki, Azərbaycanda internetin sürəti 5,7 Mbps-ə bərabərdir. Bu göstəriciyə görə Azərbaycan region ölkələri arasında Ermənistandan, Türkmənistandan və Tacikistandan öndə qərarlaşıb.
Region ölkələrinin 196 ölkə arasındakı mövqeyi və internetin orta sürəti belə olub:
37. Ukrayna - 12,8 Mbps
44. Rusiya - 11,8 Mbps
50. Qazaxıstan - 10,6 Mbps
52. Belarus - 9,8 Mbps
61. Gürcüstan - 8,8 Mbps
74. Türkiyə - 7,6 Mbps
98. Azərbaycan - 5,7 Mbps
103. Ermənistan - 5,2 Mbps
109. İran - 4,7 Mbps
125. Türkmənistan - 3,6 Mbps
151. Tacikistan - 2,6 Mbps
Məlumat üçün onu da qeyd edək ki, internetin ən sürətli olduğu ölkə Cənubi Koreya hesab olunur. Bu ölkədə internetin orta sürəti 28,5 Mbps-ə bərabərdir. İnternetin sürətlinə görə dünya ölkələrinin ilk 5-liyinə Norveç (23,5 Mbps ), İsveç (22,5 Mbps), Honk Konq (21,9 Mbps) və İsveçrə (21,7 Mbps) daxil olub.
İnternetin ən zəif olduğu ölkələrin başında isə Mali dayanır. Malidə internetin orta sürəti 0,77 Mbps təşkil edir. Malidən sonra internetin ən zəif olduğu ölkə Komor adaları (0,82 Mbps) və Niger (0,83 Mbps) hesab olunur.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar