Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı “qanuni oğru”ya yeni ittiham irəli sürüldü - Təfərrüat

Tarix: 28-05-2019 07:05     Baxış: 2195 A- / A+
Azərbaycanlı “qanuni oğru”ya yeni ittiham irəli sürüldü - Təfərrüat


Minsk rayonunun mehmanxana komplekslərindən birində saxlanılan Rəşad Gəncəli kimi tanınan "qanuni oğru” və onun tərəfdarlarına yeni ittihamlar irəli sürülüb.


Belarus mətbuatının verdiyi xəbərə görə, 2018-ci il noyabrın 23-də Minskdə həbs edilən Rəşadın icarəyə götürdüyü evdə və onların şəxsi avtomobilində axatarış aparılıb. Nəticədə "Makarov” tapançası, 14 döyüş patronu və həşiş aşkar olunub.

Faktla bağlı Cinayət işi qaldırılıb.

Bu günlərdə isə ona və 42 yaşlı həmyerlisi ilə 35 yaşlı Brest vilayəti sakininə qarşı yeni ittiham irəli sürülüb.

İstintaq müəyyənləşdirib ki, cinayətkar dairələrdə nüfuzlu olan 41 yaşlı Azərbaycan vətəndaşı dəfələrlə ağır cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunub. O, uydurulmuş bir şəxsin adına saxta Rusiya pasportundan istifadə edərək Belarus sərhədini keçib və Minksdəki müxtəlif oyun yerlərinə gedib.

Məlumata görə, Rəşad Məmməd oğlu İsmayılov (Rəşad Gəncəli) Ukraynadakı Azərbaycan diasporuna nəzarət edən kimi tanınır. Rəşad Gəncəli və onun cinayətkar qrupunun saxlanılan iştirakçıları dəfələrlə Rusiya və Ukraynada administrativ və cinayət məsuliyyətinə cəlb ediliblər.

Bu dəstənin Rusiyanın və Ukraynanın müxtəlif regionlardakı ticarət mərkəzlərində və topdansatış bazarlarında Azərbaycandan olan biznesmenlərə qarşı da müxtəlif cinayətlər törətdikləri bildirilir/reyting.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar