Xəbər lenti
Milli Məclisdə deputatalar arasında mübahisə düşüb

Aqil Abbas: “Maaşım çoxdur deyən deputatların maaşını azaldın...”
Fəzail Ağamalı: “Aqil Abbas hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin”
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb.
Report-un xəbərinə görə, A.Abbas çıxışı zamanı deyib ki, Azərbaycan parlamentində ən çox tənqid olunan deputatdır: “Ən çox mən, Fazil Mustafa və Hadı Rəcəbli tənqid olunur. İki-üç deputatıq, ortada qalmışıq, digərləri yaxalarını kənara çəkib. Deputat maaşlarının artırılması ilə bağlı verdiyim açıqlamaya görə məni təhqir edirlər. Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan. Maaşım çoxdur deyən deputatların maaşını azaldın. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var”.
Deputat Fəzail Ağamalı isə ona cavab olaraq deyib ki, Aqil Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir: “Aqil Abbas hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin. Hər dəfə söz alıb bizə burda dərs keçir, ağıl öyrədir. Ona xəbərdarlıq olunmalıdır. Aqil Abbas hərəkət və davranışlarına fikir versin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar