Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən dini qurumlarla bağlı - Sərəncam

Tarix: 24-05-2019 17:38     Baxış: 3147 A- / A+
Prezidentdən dini qurumlarla bağlı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Manevr.az-ın xəbərinə görə, sərəncamda qeyd olunub ki, Azərbaycanın dünyaya nümunə olan hazırkı mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində dinc yanaşı yaşamalarının nəticəsidir.

Bildirilib ki, cəmiyyətdə qarşılıqlı mənəvi zənginləşmə üçün davamlı zəmin yaratmış bu etnik rəngarəngliyin qorunub saxlanması müstəqil dövlətçiliyin əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti böyükdür.

Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar