Xəbər lenti
Rus jurnalist: Rusiyanın türk dünyası ilə yaxınlaşmasını istəməyən lobbi Fuadı qovur - VİDEO
"Bu hadisə haqqında natamam məlumatlar məni sadəcə hiddətləndirir. Hesab edirəm ki, Fuad Abbasovu məsuliyyətli siyasi mövqeyinə görə təqib edirlər".
Manevr.az-ın məlumatına görə, bunu Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvada saxlanılarkən döyülməsinə münasibət bildirərkən deyib.
M. Şevçenkonun sözlərinə görə, o, Rusiya telekanallarında yayımlanan müxtəlif tok-şou verilişlərində həmişə Türkiyə və Azərbaycanın aydınlaşdırıcı mövqelərini tuturdu: "Türk dünyasının layiqli oğlu kimi çıxış edirdi. Hesab edirəm ki, Rusiyada Moskvanın türk və İslam dünyası ilə yaxınlaşmasına mane olan lobbi hazırda Fuad Abbasovu Rusiyadan qovur. Şübhəsiz ki, bu, kifayət qədər ciddi hadisədir. Mən bütün insanlara, normal jurnalistlərə Fuadı müdafiə etməyi təklif edirəm. Çünki o, layiqli insandır, tərbiyəli jurnalistdir. Onu sadəcə repressiyaya məruz qoyurlar".
Jurnalist hesab edir ki, F. Abbasovun tok-şoularda Türkiyənin mövqeyini qorumasını istəməyən qüvvələr var: "Siyasi tok-şoularda, məsələn, fələstinliləri müzakirə edəndə yalnız erməni və yəhudi ekspertlər olur, ancaq bir nəfər fələstinli iştirak etmir. Bu gülməlidir. Qafqazı da müzakirə edəndə yenə də erməni və yəhudilər olur, bir nəfər qafqazlı iştirak etmir. Bəzən Ruslan Qurbanov orada olur. Tok-şoularda Türkiyə müzakirə ediləndə Fuad Abbasovu çağırırdılar. İndi o daha olmayacaq. Deməli onlar Türkiyəni Fuad Abbasovsuz müzakirə etmək istəyirlər. Onların siyasəti belədir".yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar