Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan buna təcili reaksiya verməlidir” – Təşkilat sədrindən çağırış

Tarix: 21-05-2019 20:35     Baxış: 3295 A- / A+
“Azərbaycan buna təcili reaksiya verməlidir” – Təşkilat sədrindən çağırış

“Jurnalist Fuad Abbasovun Moskvada təzyiqlərə məruz qalmasına susmamalıyıq”.

Manevr.az xəbər verir ki, bunu “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov deyib.

Təşkilat sədri Azərbaycanın Rusiyadakı səfirliyini bu işdə fəal olmağa çağırıb:

“Fuad Abbasovu şəxsən tanımıram, bəzi davranışlarını da təqdir etmirəm. Amma bu gün Fuada qarşı Rusiyada baş verən haqsızlıqlara qarşı susa bilmərəm. Təcili Azərbaycan dövləti, Rusiyadakı səfirliyimiz bu məsələyə ciddi şəkildə reaksiya verməlidir. Çünki bu məsələ dövlətimizin şərəf məsələsidir. Azərbaycan vətəndaşına qarşı edilən haqsızlığa qarşı hər birimiz təpki göstərməliyik”.

Qeyd edək ki, mayın 18-də Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Bundan sonra jurnalistin Rusiyadan deportasiya ediləcəyi xəbəri yayılıb.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.teleqraf.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar