Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Hücum əmri verilməlidir!..”- Laçın və Kəlbəcər sakinləri Prezidentə müraciət etdi

Tarix: 18-05-2019 19:35     Baxış: 3154 A- / A+
“Hücum əmri verilməlidir!..”- Laçın və Kəlbəcər sakinləri Prezidentə müraciət etdi
“Bizə ev də lazım deyil, öz torpaqlarımızda çadırda, qazmada, kahada da yaşamağa razıyıq...”
“Qürurumuz, şərəfimiz olan torpaq 30 ilə yaxındır erməni tapdağındadırsa, yaşamağa haqqımız yoxdur!..”


Bu gün -18 may Laçının ermənilərə işğal etdirilməsinin 27-ci ildönümündə minlərlə Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanını ziyarət edib. Onların arasında təbii ki, yurd-yuvalarını itirmiş məcburi köçkünlər çoxluq təşkil edib.

Manevr.az xəbər verir ki, şəhidlərin məzarını ziyarət etdikdən sonra Şəhidlər abidəsi qarşısına toplaşmış Laçın və Kəlbəcər rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dünya azərbaycanlılarına müraciət ünvanlayıblar. Çıxış edənlər artıq bıçağın sümüyə dirəndiyini, erməni baş nazir Nikol Paşinyanın Şuşada yallı getməsinin bütün Azərbaycan xalqı və dövləti, ümumiyyətlə, bütün türk-müsəlman dünyası üçün təhqir olduğunu vurğulayıblar. Köçkünlər bu il -2019-cu ildə torpaqlarımızın o cümlədən, Qarabağın ən strateji bölgələri olan, Şuşa, Laçın və Kəlbəcərin işğaldan azad edilməsi üçün qəti və həlledici hücum əməliyyatına keçməyi tələb ediblər.
“Hücum əmri verilməlidir!..”- Laçın və Kəlbəcər sakinləri Prezidentə müraciət etdi
“Sağ olsun cənab Prezident, qaçqınlar üçün, bizlər üçün yeni binalar, evlər tikib və tikməkdədir. Sosial durumumuzun yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Ancaq torpağımız olmayandan sonra biz o təzə evləri də istəmirik, qoy orda tələbələr, Bakıda ailə quran, yeni evlənənlər yaşasın, biz isə torpaqlarımızı azad edək. Eybi yox, çadırda da, lap kahada da, qazmada da yaşayarıq. Günlərlə ac qalarıq, otla, yarpaqla, o meşələrin mer-meyvəsi ilə dolanarıq. Təki öz torpağımızda, yurdumuzda yaşayaq. Bu gün hər şeydən öncə bizə torpaq, Vətən lazımdır! Qarabağ, Kəlbəcər, Şuşa, Laçın, Qubadlı. Ağdam və digər torpaqlarımız biz qaçqın vətəndaşların qürurudur, şərəfidir. O qürur, o şərəf 30 ilə yaxındır düşmən, erməni tapdağı altındadırsa, bizim yaşamağa haqqımız yoxdur. Ona görə də biz bu gün 18 yaşından 60 yaşınadək səfərbər olub torpaqlarımız uğrunda “Ya ölüm, ya qalım” döyüşünə atılıb şəhid olmağa hazırıq. Deyirik, Azərbaycan ordusu Güney Qafqazda ən güclü ordudur. Güclü ordunun torpağı işğal altında qalmamalıdır!..”- deyə köçkün vətəndaşlar qəti şəkildə bildiriblər.

Didərginlər hər gün, hər ay, hər il keçdikcə işğal altındakı torpaqların köklü sakinlərinin azaldığını, insanlarda təbii olaraq o torpaqlara bağlılıq hissinin soyuduğunu vurğulayaraq heç bir təçkilatı, ATƏT-i, BMT-ni, ABŞ-ı, Rusiyanı gözləmədən qəti əməliyyatlara başlamağı, qəti və həlledici “hücum” əmir verilməsini tələb ediblər. Dünya azərbaycanlılarına, türk-İslam dünyasına müraciət edən çıxışçılar onlardan dövlətimizə, xalqımıza beynəlxalq güclərlə, ermənipərəst qüvvələrlə siyasi mübarizədə dəstək olmalarını xahiş ediblər.moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar