Xəbər lenti
İcra hakimiyyətindən Dilqəm Əsgərovun oğlundan torpağın alınması ilə bağlı AÇIQLAMA
Ermənistanda girovluqda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun icarəyə götürdüyü torpaq sahəsinin icarə müddəti bitib.
Manevr.az xəbər verir ki, bunu yeniavaz.com-a Şəmkir Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidov icra başçısı Alimpaşa Məmmədovun D. Əsgərovun oğluna məxsus torpaq sahəsini əlindən alması ilə bağlı iddialara münasibət bidirərkən deyib.
Onun sözlərinə görə, K. Əsgərovun ailəsi hər zaman Şəmkir Rayon İcra Hakimiyyəti başçısının diqqət mərkəzində olub: "Onlara hər mövzuda dəstək göstərib. Onun icarəyə götürdüyü torpaq sahəsinin icarə müddəti bitib. Kürdəmir Əsgərov bizə müqavilənin uzadılması üçün müraciət ünvanlayıb. Biz də təqdim olunan sənədləri müqavilənin müddətinin uzadılması üçün aidiyyəti qurumlara - Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmişik. Onlardan bu məsələ ilə bağlı rədd cavabı aldığımıza görə, müqavilənin müddətini uzada bilmirik. Hansı səbəbdən rədd cavabı verdiklərini də həmin qurumlardan öyrənə bilərsiniz".
Xatırladaq ki, D. Əsgərovun oğlu K. Əsgərov özünün "Facebook" səhifəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun torpaq sahələrini əllərindən aldığını yazıb. K.Əsgərov qeyd edib ki, beş il öncə icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrə olduğuna görə dəfələrlə Şəmkir rayon icra başçısına müraciət etsə də, İcra Hakimiyyəti müqaviləni yeniləmir ki, ərazini türk şirkətinə böyük miqdarda pula satsın. K.Əsgərov yüksək səviyyəli dövlət orqanlarından məsələyə müdaxilə etmələrini xahiş edib. O yazıb: "Mənim atam bu vətənə görə canını çürüdərkən icra başçısı mənim yerimi əlimdən alır bu qədər də olmaz artıq!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar