Xəbər lenti
Başçının tarixi çıxışı: Kəlbəcər necə işğal edildi? – Video

Son proseslər fonunda Kəlbəcər rayonunun 1993-95-ci illərdə icra başçısının müavini və icra başçısı vəzifələrində çalışan Əvəz Şükürovun Milli Məclisdə vaxtilə etdiyi çıxış yenidən müzakirə mövzusuna çevrilib.
Manevr.az xəbər verir ki, Əvəz Şükürov Milli Məclisdə çıxışı zamanı İsa Qəmbər və AXCP hakimiyyətinin erməni təcavüzünə məruz qalan torpaqlara münasibəti, şahidi olduğu hadisələri danışıb.
O, çıxışında Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalında məhz AXC-Müsavat tandemini günahlandırır. Qeyd edir ki, AXC-Müsavat hakimiyyəti zamanı Kəlbəcərdə icra başçısı və onun müavinləri səriştəsiz, qeyri-peşəkar və kriminal keçmişi olan şəxslər idi və onlar təbii ki, torpağı qoruya bilməzdilər.
Ə.Şükürov Kəlbəcərdəki məşhur “15 günlük toy”a da toxunub.
O, həmçinin işğal ərəfəsində prezidentə teleqramlar vurduğunu, “Şuşa və Laçın kimi Kəlbəcəri də qumara qoymusunuz” deyə bildirdiyini, lakin heç bir tədbir görülmədiyini də bildirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar