Xəbər lenti
Ramazan ayında sağlam şəkildə maye ehtiyacını qarşılamağın yolları
Suyun kifayət qədər qəbul edilməsi sağlamlığımız üçün çox vacibdir.
Manevr.az xəbər verir ki, Ramazan ayında bu vəziyyət daha əhəmiyyətli hala gəlir. Ramazan ayı isti günlərə təsadüf etdiyindən maye ehtiyacının qarşılanmasına daha çox diqqət etmək lazımdır. Bu müddət ərzində kifayət qədər maye qəbul etməyən insanlarda baş ağrısı, baş dönməsi, halsızlıq kimi problemlər ortaya çıxır.Ramazan ayında maye qəbulunu artırmaq üçün bəzi məsləhətləri dəyərləndirmək lazımdır.
Yetişkin bir insanın gündəlik maye ehtiyacı təxminən 2-2.5 litrdir. Bu maye ehtiyacının ən az 1-1.5 litr qədəri mütləq su olaraq qəbul edilməlidir.
Ramazan ayı boyunca isə imsaka qalxdıqda ilk görüləcək iş 400 milli litr qədər su içmək olmalıdır. Oruv tutan şəxslər iftarda orucunu 1-2 su stəkanı su ilə açıb, daha sonra yatma saatına qədər qalan maye ehtiyacını qarşılamalıdır.
Su içməyi çox sevməyən şəxslər aşağıdakı üsullarla həm suyu dadlandıracaq, həm də həzm sistemini sürətləndirməklə sağlam şəkildə çəki atacaqsınız.
3-4 dilim qabıqlı limon, 3-4 yarpaq təzə nanə, 1 kiçik xiyar və bir qədər keşniş
1 ovuc içi qədər çiyələk, 3-4 yarpaq nanə və bir qədər şüyüd
Yarım limonun suyu, 1 fındıq böyüklüyündə zəncəfil, yarım yaşıl alma və 3-4 yarpaq nanə
Bütün bu materialları 1-1.5 litr suya əlavə edib, 2-3 saat soyuducuda saxladıqdan sonra içə bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar