Xəbər lenti
Türkiyədən Monte Melkonyana abidə ucaldılması xəbərlərinə RƏSMİ AÇIQLAMA
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Tuncəli vilayətinin Aşağıdoluca kəndində ASALA erməni terror təşkilatı üzvlərinə abidə qoyulması barədə ölkə mediasında yayılan məlumatlara münasibət bildirib.
Manevr.az-ın məlumatına görə, Türkiyə XİN-nin sözçüsü Hüseyn Müftüoğlu Ölkə.Az-a eksklüziv açıqlamasında deyib ki, yayılan məlumatlar təxribat xarakteri daşıyır:
“Bu xəbərlər hələ 2015-ci ildə də mediada yayılmışdı. İndi həmin köhnə məlumatlar kimlərinsə tərəfindən məqsədli şəkildə təkrar tirajlanır, gündəmə gətirilir. Bu cür xəbərlərin dövriyyəyə buraxılması Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək məqsədi daşıya bilər. Bu cür məlumatların yayılmasının arxasında xarici dairələrin də rolu ola bilər. Hazırda Türkiyə Xarici İşlər Nazirliyi olaraq bu məsələ araşdırılır və ictimaiyyətə məlumat veriləcək”.
Hüseyn Müftüoğlu isə həmin abidənin fotolarının yayılması ilə bağlı da araşdırılma aparıldığını söyləyib.
Xatırladaq ki, Türkiyənin tanınmış jurnalisti Saygı Öztürk Tuncəli bölgəsinin Aşağıdoluca kəndində ASALA terror təşkilatı üzvləri və radikal erməni millətçiləri - Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş və Monte Melkonyanın adlarının əks olunduğu abidə qoyulduğunu iddia edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar