Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar

Tarix: 16-05-2019 20:43     Baxış: 3209 A- / A+
 Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar


Saçların daha gözəl və sağlam olması üçün mütləq maskalardan istifadə etmək lazımdır. Belə maskaları ev şəraitində ən əlçatan məhsullardan hazırlamaq mümkündür.

Mütəxəssislər ev şəraitində zeytun yağı ilə maskalardan istifadə etməyi tövsiyə edirlər. Zeytun yağı bütün dünyada ən faydalı məhsullardan biri sayılır. Zeytun yağının tərkibində olan faydalı maddələr saçları qidalandırır, daha sağlam və möhkəm edir, uzanmasını sürətləndirir.

Manevr.az Rusiya KİV-lərinə istinadla sizə zeytun yağı ilə bir neçə maska reseptini təqdim edir:

1. 2 x.q. təbii zeytun yağını su hamamında bir qədər qızdırın, ona 2 x.q. alma sirkəsi və 1 yumurtanın sarısını əlavə edib yaxşı qarışdırın. Maskanı saçların köklərinə çəkib 1 saat saxlayın, sonra yaxşı yuyun. Maska saçları qidalandırır, güclü və parlaq edir.

2. 2 x.q. zeytun yağını 1 ç.q. xardalla qarışdırıb saçlarınıza çəkin. 30-40 dəqiqədən sonra saçınızı yuyun. Bu maska saçların uzanmasını sürətləndirir.

3. 2 x.q. zeytun yağını 1 x.q. soğan şirəsi ilə qarışdırıb saçların köklərinə çəkin, 1 saat saxlayın, yaxşı yuyun. Bu maska saçların uzanmasını sürətləndirir, saç kəpəyini və saçların tökülməsini azaldır.

Bu maskalardan həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar