Xəbər lenti
Nazir müavini intihara cəhd edən məktəblinin valideynlərini qəbul edib

Bu gün təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi F.Ə.-nin valideynlərini Təhsil Nazirliyində qəbul edib.
Manevr.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" səhifəsində bildirib. Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin də iştirak etdiyi qəbulda valideyn dinlənilib, məktəbdə aparılmış xidməti araşdırma barədə məlumat verilib, onları hazırda narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb və Təhsil İdarəsinə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, aprelin 30-da təxminən saat 20:30 radələrində paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin V sinif şagirdinin valideyni məktəb direktoruna övladının evdə valideyninin dərmanını qəbul edərək zəhərləndiyi barədə məlumat verib. 109 nömrəli məktəbin V sinif şagirdinin atası Şamxal Əliyev iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib, 6 qutu dərman atıb. Faktla bağlı cinayət işi başlanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar