Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib

Tarix: 13-05-2019 22:26     Baxış: 4287 A- / A+
Rövşən Rzayev  Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vladimir Georgiyevlə görüşüb.

Dövlət Komitəsinin sədri qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində yaranmış humanitar problemlər barədə Vladimir Georgiyevə ətraflı məlumat verilib. Bildirilib ki, münaqişə 1 milyon 200 mindən çox qaçın və məcburi köçkünün doğma yurd-yuvasını tərk etməsinə səbəb olub və ölkəmiz ciddi sınaqlarla üzləşməli olub. Bununla belə, Azərbaycan dövləti mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətininin prioritetlərindəndir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda görülən işlərin miqyası çox genişdir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm xidmətləri vardır.

Dövlət Komitəsinin sədri ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. Bu istiqamətdə BMqT-nin icra etdiyi layihələrin əhəmiyyəti qeyd edilib və minnətdarlıq bildirilib.

BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev səmimi qəbula görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar