Xəbər lenti
Sektor müdiri: Məni dini inancıma görə işdən çıxarıblar - Milli Məclisdən RƏSMİ CAVAB - VİDEO
"Onun dediklərinin hamısı yalan və böhtandır".
Manevr.az xəbər verir ki, bunu yeniavaz.com-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu dini inancına görə parlamentdə işdən çıxarıldığını deyən şəxsin iddialarına cavab verərkən deyib.
Onun sözlərinə görə, həmin şəxs öz istəyi ilə Milli Məclisdəki işindən çıxıb: "Onun dediklərinin hamısı yalandır, böhtandır. O, həqiqətən də Milli Məclisdə işləyib, amma öz istəyi ilə işdən çıxıb. Ancaq nəyə görə işdən çıxması haqqında məlumatım yoxdur. Adını tam olaraq xatırlamıram. Ya Rəhimdir, ya da Rahim. Soyadını isə xatırlamıram".
Qeyd edək ki, mayın 2-də "Meydan TV"nin canlı olaraq yayımladığı "Birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna gələnlər qəbula girə bilmirlər" başlıqlı videoda adı açıqlamayan şəxs müxbirin "şikayətiniz nədir" sualına belə cavab verib: " Milli Məclisdə işləyirdim, sektor müdiri idim. Milli Məclisin sədri Oqtay Əsədov məni dini baxışlarıma görə işdən çıxardı. İsa Məsihin adı ilə Allaha dua etdiyimə görə məni işdən çıxardılar. Bu da dini tolerantlıqla bağlı aparılan siyasətə tamamilə ziddir. Şikayətlərimə, ərizələrimə baxan yoxdur, ona görə də gəlmişəm bura Mehriban xanımın qəbuluna girim".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar