Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Səfirlik: "Ermənilərin Moskvada təxribat cəhdi baş tutmayıb"

Tarix: 07-05-2019 20:19     Baxış: 3232 A- / A+
Səfirlik: "Ermənilərin Moskvada təxribat cəhdi baş tutmayıb"

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin erməni diasporu tərəfindən “Şuşanın işğaldan azad olunması” adı altında keçirilməsi planlaşdırılan tədbirlə heç bir əlaqəsi yoxdur.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən ONA-nın Moskva müxbirinə verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bir müddət öncə sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də “Qarabağ müharibəsi qurbanları” ilə görüş keçirəcəyi haqında məlumat yayılıb. Həmin məlumatlarda MDU-nun həmin tədbirin tərəfdaşı olması göstərilib.

Azərbaycanın Rusiyadakı səfirliyi məlum məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib. Eləcə də vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Həmçinin səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib. Səfirlik Rusiyadakı Azərbaycan icmasının bütün üzvlərinə vətəndaş mövqelərini ifadə etdiyi üçün təşəkkürünü bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar