Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının yol bəlası: tıxacı polislər yaradır? – Açıqlama

Tarix: 07-05-2019 17:31     Baxış: 3230 A- / A+
Bakının yol bəlası: tıxacı polislər yaradır? – Açıqlama


Qara Qarayev və Heydər Əliyev prospektlərindən Ziya Bünyadov prospekti istiqamətində gedən yollar həftə ərzində bir neçə dəfə bağlanır. Bəzi hallarda yollar bir saatdan çox bağlı qalır. Bu da səhər saatlarında işə gələnlərin gecikməsinə, yol açılandan sonra 1-1,5 saat ərzində yığılan maşınların hərəkəti ilə 2-3 saatlıq tıxacların yaranmasına səbəb olur.


Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Qara Qarayev prospektində müşahidə edilən sıxlıq daimi deyil:

“Bu istiqamətlərdə sıxlığın yaranmasına səbəb adətən yol ayrıclarında sürücülərin bir-birinə yol verməməsi olur. Həmin istiqamətdə bu gün iki maşın toqquşmuşdu. Bunun nəticəsində həmin istiqamətdə süni sıxlıq yaşanmışdı.

Bu ərazidə əməkdaşlarımız keçmə növbəliliyinin və təhlükəsizliyin təmin edilməsi üçün xidmət aparır. Lazım gələrsə, bir yolda svetoforun siqnalından asılı olmayaraq, avtomobilləri bir dəqiqədən artıq saxlaya, digər hansısa yolda hərəkətin davam etməsinə üstünlük verə bilərlər. Bu artıq ona verilmiş informasiya əsasında xidmətin aparılmasıdır. Polis əməkdaşı bunu özbaşına etmir ki. Biz kameraların köməyi ilə hərəkətə nəzarət edirik. Kameralarla müşahidə edib, növbətçi hissəyə deyirik ki, məsələn, Qara Qarayevlə hərəkətdə olan nəqliyyat vasitələri yol zolaqları üzrə sıx cərgələnib. Deməli, həmin əraziyə hərəkəti daha çox növbəli formada təşkil etmək lazımdır ki, nəqliyyat sovrulsun.

Bir də görürsünüz ki, bir yerdə avtomobillər bir dəqiqədən artıq hərəkət edir, digər yerdə isə daha az. Bu, növbətçi hissə tərəfindən verilmiş məlumat əsasında aparılır”.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, yolda hərəkətin nizamlanması, təşkili zamanı qüsurlara yol verilir, bu səbəbdən də uzunmüddətli tıxac əmələ gəlir:

“Hansısa istiqamət bağlanır və maşınları alternativ olaraq başqa istiqamətə yönləndirirlər. Sonradan məlum olur ki, həmin hissədə təmir işləri gedir. Bu zaman yolda olan sərnişinlərin problemlə üzləşməsinə və saatlarla tıxacda qalmasına səbəb aidiyyəti qurumların bir-biri ilə əlaqəli şəkildə işləməməsidir”.

E.Muradlı bildirib ki, hansısa küçənin bağlanarkən və ya nəqliyyat axını alternativ küçəyə yönləndirilərkən həmin küçədəki vəziyyət nəzərə alınmır:

“Sonradan məlum olur ki, yönləndirilən küçədə təmir gedir. Ötən il Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət proqramı qəbul edilib. Proqramda bu məsələlərin əlaqəli, nizamlı şəkildə aparılması qeyd edilib.

Hesab edirəm ki, yollar bağlanarkən avtomobil axınının yönləndiriləcəyi küçələr nəzarətdən keçirilməlidir. Yolun alternativi yoxdursa və sıxlıq həddən artıq müşahidə edilirsə, hansısa yolda istiqamətin bağlanacağı ilə bağlı məlumat verilsin. Vətəndaş yolun bağlanacağını əvvəldən biləcəyi halda öz hesabını götürəcək. Eyni saatda yola axışan sürücülərdən bir qismi bunu nəzərə alıb başqa saatlarda yola çıxsa, belə problem yaranmaz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar