Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cücərmiş sarımsağı qəti zibil qabına atmayın! – İNANILMAZ FAYDALARI

Tarix: 06-05-2019 14:51     Baxış: 3192 A- / A+
Cücərmiş sarımsağı qəti zibil qabına atmayın! – İNANILMAZ FAYDALARI


Mətbəxdə uzun zaman qalan sarımsaq adətən cücərmiş olur. Bu zaman bəzilərimiz min bir dərdin dərmanını zibil qabına atırıq. Ancaq aparılan son araşdırmalarda cücərmiş sarımsaqların daha faydalı olduğu bildirilir.

Manevr.az medicina.az-a istinadən cücərmiş sarımsağın faydalarını təqdim edir.

Bu dövrdə sarımsaqlarda daha çox antioksidləşdiricilər olur. Sarımsaq damar tıxanıqlığının qarşını alır. Nəticədə ürək damar problemlərindən qurtulmuş oluruq. Bir çox qulaq infeksiyalarının, o cümlədən bir çox digər xəstəliklərə qarşı ən yaxşı üsuldur.

Sarımsaq qocalmağı ləngidir. Lakin cücərmiş sarımsaqların faydası adi sarımsaqdan daha çoxdur. Virusları məhv edir, xərçəngə qarşı sədd yaradır.

Bu səbəblərə görə də cücərmiş sarımsaqları zibilə atmayın. Yeməklərə əlavə etməkdən çəkinməyin. Rahatlıqla istifadə edin.

Bir qabın içinə müəyyən miqdarda su qoyun. Sarımsağı da su əlavə edilmiş qaba əlavə edin. Diqqət edin, su çox az miqdarda, sarımsaqların diblərinə azca dəyəcək şəkilldə olsun. Həmin qabı günəş işığı düşən pəncərənin qabağına qoyun. 1 həftə ərzində bitkinin cücərdiyini görəcəksiniz.

Onu da deyək ki, ümumilikdə isə bu soğanaqlı bitkidən Şərq təbabətində qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olub.

Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s.

Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə, yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır.

Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilib. Bunlardan ən mühümü "dusulfid" adlanan kükürdlü üzvü birləşmələrdir. Sarımsağın tərkibində olan efir yağında kükürd olduğu üçün onun iyi çox kəskindir və yandırıcıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar