Xəbər lenti
“Ermənistan hələ almadığı təyyarələrlə Bakıdakı neft yataqlarını “vurur” – Ac toyuğun darı xülyası...
Şair Ramaldanov: “Bu absurd fikirlər düşmənin çirkin niyyətindən xəbər verir”
Artıq xeyli müddətdir ki, Ermənistanın Rusiyadan 4 ədəd Su-30SM təyyarəsi alacağı ilə bağlı xəbərlər yayılsa da, hələ ki, rəsmi İrəvan həsrətində olduğu təyyarələrin bir ədədini də əldə edə bilməyib. Lakin bununla yanaşı, artıq Ermənistan rəsmiləri tərəfindən bu təyyarələrin döyüş imkanları ilə bağlı xeyli sayda açıqlama mövcuddur. Hansı ki, bu açıqlamaların bir çoxunda Azərbaycana yönəlik təxribat xarakterli fikirlər yer alır.
Bu barədə moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Ermənistan tərəfindən səsləndirilən bu tip açıqlamaların gülünc olduğunu vurğulamaqla yanaşı, bu açıqlamaların düşmənin məkirli niyyətindən xəbər verdiyini qeyd etdi:
“Su-30SM-lərin alınması ilə bağlı söz-söhbət xeyli müddətdir ki, mövcud olsa da, hələ ki, Ermənistan bu təyyarələri sahib ola bilməyib. Ancaq buna baxmayaraq, Ermənistan hələ almadığı təyyarələrlə Bakıdakı neft yataqlarını vurmaqdan, onları bombalamaqdan danışır. Bunlar absurd fikirlər olsa da, düşmənin niyyətindən, onun təcavüzkar istəyindən əl çəkməməsindən xəbər verir. Bu isə onu göstərir ki, bu vəziyyətdə Azərbaycanın yalnız bir çıxış yolu var. Bu da döyüş yolu ilə işğaldakı torpaqları azad etməkdir. Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Bu isə sülhpərvər mövqe sərgiləyən Azərbaycanı problemin həlli üçün digər üsullara əl atmaq məcburiyyəti qarşısında qoyur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar