Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan rus dili ilə bağlı ŞOK İDDİA - MDB-də xüsusi status tələbi

Tarix: 27-11-2016 09:46     Baxış: 4349 A- / A+
Rusiyadan rus dili ilə bağlı ŞOK İDDİA

Rus dilinə status tələb etmək imperiya iddialarından qaynaqlanır.

Bu barədə Sherg.az-a Rusiya XİN rəsmisi Elyenora Mütrofanovanın "qonşu ölkələrdə rus dilinə status verməlidir" iddiasına münasibət bildirərkən tanınmış jurnalist, professor Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə, Sovet dövründən qalan ənənə olaraq, Azərbaycanda rus dili yüksək nüfuza malikdir:

"Hazırda Azərbaycanda rus məktəbləri, rus dilində qəzetlər, saytlar, informasiya mənbələri kifayət qədər çoxdur. Rusiya ilə eyni mədəni mühitdəyik. Düşünürəm ki, uzun müddət də belə davam edəcək. Lakin bundan istifadə edib, MDB ölkələrində xüsusi status tələb etmək, bunu hüquqi cəhətdən əsaslandırmağa çalışmaq, birmənalı şəkildə imperiya iddialarından qaynaqlanır. Rusiyanın bu cəhdinin reallaşmasına yol vermək olmaz. Azərbaycan müstəqil respublikadır, rəsmi dövlət dili isə Azərbaycan dilidir. Aydındır ki, kimsə övladının rusca təhsil almasını, qonşu ölkədə Azərbaycanı təbliğ etməsini istəyirsə, buna geniş şərait yaradılır. Mədəniyyət dili kimi rus dilinə yüksək hörmət edilir, sərbəstliyi üçün optimal üstünlük verilir. Əlavə tədbirlər görməyə ehtiyac yoxdur”.

Millət vəkili Araz Əlizadə isə Q. Məhərrəmlinin əksinə olaraq qeyd edib ki, Azərbaycanda rus dilinin statusu var:

"Bunu bilməyənllər Azərbaycan Respublikasının Konstitusiyasına baxa bilər. Ölkəmizdə rus, yəhudi və başqa xalqların nümayəndələri var. Rus dili onlar üçün müəyyən təmas dilidir. İnsanlara bu sahədə geniş sərbəstlik verilir. Bu səbəbdən Rusiya rəsmisinin dediyi fikir hazırda Azərbaycan üçün keçərli deyil. Müşahidələrimdən onu deyə bilərəm ki, rusdilli insanlar Azərbaycanı daha çox sevir və layiqli təbliğ edir. Müxalif insanlar var ki, özlərini millətçi müxalifət hesab edirlər, buna təzad olaraq isə rus dilində təhsil alıblar, həmin dildə də danışırlar. Bu siyahıda ən bariz nümunə isə Hikmət Hacızadəni göstərmək olar. Onunla bərabər Asim Mollazadə, Sabir Hacıyev, Rasim Musabəyov kimi ziyalılar da rusdillidirlər".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elyenora Mütrofanova qonşu ölkələrdə rus dilinə status verilməsi barədə çıxış edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar