Xəbər lenti
Bakıda dünya dövlətlərinə mesaj verildi - Deputat
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı prosesi” adlanan prosesin gedişini təsdiqlədi və dünyaya bəyan etdi ki, Azərbaycanda kifayət qədər tolerantlıq var.
Bu sözləri millət vəkili Fəzail İbrahimli Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında Axar.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycanda mənəvi-psixoloji mühit bütün millətlər üçün təmin olunub və dünyaya nümunə olan siyasi sabitlik var:
“Prezident İlham Əliyev çıxışında dünya üçün nümunə olan modelin Azərbaycanda mövcud olduğunu göstərdi. Forumda faktlara və rəqəmlərə söykənilərək, Azərbaycanın tolerant ölkə olduğunu sübut edən kifayət qədər maraqlı məruzələr oldu. Məruzələrdə tolerantlıq sahəsində Azərbaycanın bu günə qədər keçdiyi yola və hansı addımlar atıldığına nəzər salındı. Forumda ən maraqlı hadisə isə prezidentin çıxışından sonra qədim zamanlardan bu günə qədər gedən proseslərin, yəni müharibələrin uğursuz sonluqla qurtardığını, dünyanın fani və insanların bir-birinə hörmətlə yanaşmasının vacib olunduğunu göstərən filmin nümayiş etdirilməsi oldu. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar çox maraqla məruzələri dinlədi və qeyd olundu ki, Azərbaycan tutduğu yola sədaqətlə xidmət edir və dünyadan da Azərbaycan bu münasibəti gözləyir. Hesab edirəm ki, Prezidentin çıxışı, ayrı-seçkiliyi və müharibələri qınayan filmin nümayişi və İSESKO-nun baş katibinin çıxışı bir daha təsdiqlədi ki, bu forum dünya dövlətlərinə bir müraciətdir”.
Qeyd edək ki, ötən gün paytaxtda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar