Xəbər lenti
Bir qarış da olsa, ərazi güzəşti söhbəti gedə bilməz - Deputat

Azərbaycan üçün Dağlıq Qarabağ ən vacib ümummilli məsələdir.
Bu məsələ barəsində həm dövlətin, həm cəmiyyətin mövqeyi vaxtaşırı ortaya qoyulmalıdır.
Dünya bizim qətiyyətimizi görməlidir, düşmən heç bir zaman ona güzəştə gediləcəyi qənaətinə gəlməməlidir.
Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, eyni zamanda, ölkə prezidentinin hər bir tədbirdə, mühüm və önəmli forumlarda Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyini bildirməsi alqışlanmalıdır, çünki dövlətin ali təmsilçisi odur, danışıqları o aparır.
"Onun hansı mövqedən və hansı prinsiplərə söykənərək danışıqlar aparması da hər birimiz üçün kifayət qədər vacib bir məsələdir. Göründüyü kimi, Ermənistanla danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi müzakirə edilir. Çünki bir qarış da olsa, torpaq, ərazi güzəşti söhbəti gedə bilməz.
Həmçinin, aralıq, qeyri-müəyyən nəticəli danışıqlar aparıla bilməz. Yəni, müzakirə predmeti ancaq və ancaq ərazi bütövlüyü məsələsidir və bu gün Azərbaycanın ərazi bütövlüyü məsələsi də tarixdə olmayan kimi çox ciddi şəkildə müdafiə olunur.
Cənab prezidentin Nazirlər Kabinetində keçirdiyi müşavirədə, həm də bu gün iştirak etdiyi Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bu mövqe bir daha səsləndirildi. Ona görə Ermənistan tərəfi özü üçün yəqin etməlidir ki, həm Qarabağ probleminin, həm də ümumilikdə götürdükdə onun qarşılaşdığı ağır daxili problemlərin həlli ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və ona hörmətlə yanaşılmasından keçir”, - deyə, A.Mirzəzadə sözlərinə əlavə edib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar