Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Qənirə Paşayeva I Azərbaycan Autizm Festivalında çıxış edib

Tarix: 02-05-2019 12:27     Baxış: 3338 A- / A+
Millət vəkili Qənirə Paşayeva  I Azərbaycan Autizm Festivalında çıxış edib

Millət vəkili Q.Paşayeva I Azərbaycan Autizm Festivalında çıxış edərək cəmiyyətə çağırışlar səsləndirib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondu və Autist Uşaqların Reabilitasiyasına Kömək İB-nin təşkilatçılığı ilə keçirilən I Azərbaycan Autizm Festivalında çıxış edib. Özünü autizm sindromlu uşaqların dostu adlandıran və onların problemlərini Milli Məclisdə hər zaman diqqətdə saxlamağa çalışdığını deyən millət vəkili Q.Paşayeva autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək göstərilməsi məqsədilə təşkil etdikləri bu tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirdə çox sayda könüllülərin iştirak etməsindən şad olduğunu deyib. O, bildirib ki, autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi, peşəkar kadrların hazırlanması məsələsinə böyük önəm verməliyik deyib. Q.Paşayeva maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib. “Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir”, – deyən millət vəkili Q. Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər il daha da artması, ölkəmizin Birinci Xanımı, 1-ci vitse-prezident Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb: “Autizmlə bağlı cəmiyyətin geniş maarifləndirilməsinə ciddi ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva ilk öncə ailələrin bununla bağlı geniş maariflənidirilməsinə ciddi ehtiyac var. Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar. Millət vəkili Qənirə Paşayeva KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa çağırıb və iş adamlarını autizm sindromlu uşaqlara kömək olan təşkilatlara dəstək olmağa çağırıb. Bütün cəmiyyətimiz bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır ki, autizmli uşaqlar özlərini fərqli hesab etməsinlər, çünki onların hər biri bizdən biridir.

Millət vəkili Qənirə Paşayeva  I Azərbaycan Autizm Festivalında çıxış edib

Millət vəkili Qənirə Paşayeva  I Azərbaycan Autizm Festivalında çıxış edib

Millət vəkili Qənirə Paşayeva  I Azərbaycan Autizm Festivalında çıxış edib



Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar