Xəbər lenti
“Sözləri bitib deyə sərsəmləməklə məşğuldurlar” -Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli: “Azərbaycan mediası nə etməlidir, təcavüzkara haqq qazandırmalı deyil ki...”
Xəbər verdiyimiz kimi, qondarma Qarabağ “respublikası”nın “müdafiə naziri” Azərbaycan mediasını ittiham edən açıqlama ilə çıxış edib. Qurama dövlətin əldəqayırma naziri iddia edib ki, Azərbaycan mediası onlara qarşı həmlələr həyata keçirir, həqiqəqət zidd məlumatlar yayır.
Düşmən tərəfinin mediamızla bağlı məlum açıqlaması əslində Azərbaycan mediasının informasiya müharibəsindəki üstünlüyünün təsdiqi hesab edilə bilərmi?
Manevr.az xəbər verir ki, moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bu bəyanatın düşmən tərəfinin çarəsizliyindən və riyakarlığından irəli gəldiyini vurğulayıb:
“Azərbaycan mediası Azərbaycan cəmiyyətinin fikrini ifadə edir. Azərbaycan cəmiyyətinin də işğalçıya münasibəti məlumdur. Azərbaycan mediası işğalçını tərifləyəsi, onun təcavüzünə haqq qazandırası deyil ki...
Azərbaycan cəmiyyəti narahatdır və Qarabağ məsələsində ədalət tələb edir. Torpaqların geri qaytarılmasını, pozulan hüquqlarının bərpasını istəyir. Azərbaycan mediası da bu cəmiyyətin fikirlərini ifadə edir.
Qondarma rejim işğalçı olduğunu bilir və onu da anlamalıdır ki, bu işğalın nəticəsi ortadan qalxmayana qədər Azərbaycan cəmiyyətinin bu məsələyə münasibərti dəyişməyəcək. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlik yersiz bir oyundur. Sadəcə, işğalçının deməyə sözü olmadığı üçün bu cür fikirlər səsləndirir. Bu isə sərsəmləmədən başqa bir şey deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar