Xəbər lenti
"WhatsApp"da bir dövr bitdi

Artıq söhbət zamanı ekranı çəkmək mümkün olmayacaq
Yüz milyonlarla insanın istifadə etdiyi ani mesajlaşma xidməti olan "WhatsApp" daha bir dövrün sonuna gəlib. Xidmət barmaq izi qorumasından istifadə edənlər üçün yeni qadağa tədbiqinə başlayır. Tədbiq yeniləndikdən sonra artıq söhbət edərkən ekranın görüntüsünü çəkmək mümkün olmayacaq.
"WhatsApp"ın eksan görüntüsü xidmətindən çox adam istifadə edir. Bəzən önəmli olan söhbəti başqa birinə yollamaq, bəzən isə sadəcə bunları saxlamaq niyyəti ilə danışıqların şəklini çəkirik. Ancaq artıq şəxsi söhbətlər zamanı bunu etmək alınmayacaq. Şirkət təhlükəsizlik tədbirləri üçün başqa addımlar da atmaq niyyətindədir.
"WhatsApp" uzun müddətdir təhlükəsizlik sahəsində daha ciddi tədbirlər görməyə başlayıb. Qruplara əlavələr sahəsində də iş son sürət davam edir. Bu yenilikdən sonra heç kim sizi öz istəyiniz olmadan qruplara əlavə edə bilməyəcək. İstifadəçilər tənzimləmələr hissəsindən bu funksiyanı özləri idarə edə biləcəklər. Bu yolla siz nömrənizin tanımadığınız onlarla adamın əlinə düşməsinin də qarşısını almış olacaqsınız.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar