Xəbər lenti
Açıq satılan bu ərzaqları almayın – Xəbərdarlıq
Yayın yaxınlaşması ilə açıq satılan bir çox qidalar sağlamlıq üçün təhlükə yaradır.
Manevr.az medicina.az-a istinadən bildirir ki, açıq şəkildə satılan bir çox məhsullar havaların istiləşməsi ilə əlaqədar sağlamlıq üçün çox böyük təhlükə yaradır.Medicina.az sizə həmin ərzaqları təqdim edir:
1) Quru meyvələr və çərəzlər
Açıq şəkildə satılan quru meyvələr və çərəzlər qaraciyər xərçəngi riski daşıyır. Çünki bu məhsullar istehsal zamanı göbələk və bakteriyalardan qorunmaq üçün bir sıra maddələrin təsirinə məruz qalırlar. Bu maddələr isə birbaşa olaraq qaraciyərə pis təsir edir.
2) Yalnız bağlamada olan quş əti alın
Açıq şəkildə satılan ev quşlarının əti isti havalarda istifadə olunmamalıdır. Çünki açıq satılan ev quşlarında çox təhlükəli bakteriyalar, məsələn, bağırsaq çöpləri, salmonella, botulizm bakteriyaları inkişaf edə bilər.
3) Açıq satılan süddən istifadə etməyin
Son zamanlarda açıq şəkildə satılan südə çoxlarımız rast gəlirik. Qablaşdırılmış südün faydalı olmadığını əsas tutan bir çox insan ilin çox hissəsində bu cür pərakəndə şəkildə satılan südlərdən istifadə edir. Lakin istilərin düşməsi ilə əlaqədar olaraq bu cür pərakəndə satılan süd məhsulları insana faydadan çox zərər verə bilər. Buna görə də yaxşı olardı ki, yay aylarında qablaşdırılmış südə üstünlük verəsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar