Xəbər lenti
Körpə ölümü ilə bağlı nazirlikdən açıqlama - Ölümün səbəbi...
"İmişlidə yeni doğulmuş körpənin ölüm səbəbi hələ məlum deyil".
Bu barədə Manevr.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisənin hansı səbəbdən baş verdiyi ekspertin rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, İmişli rayonunda yeni doğulmuş körpə ölüb. Hadisə aprelin 20-də baş verib (Trend). Belə ki, İmişli rayon sakini Mürsəlov Mirəziz Mirağa oğlu Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, həmin gün yeni doğulmuş nəvəsi ölüb.
Şikayətçi iddia edib ki, yeni doğulan körpə həkim səhlənkarlığından dünyasını dəyişib.
Faktla bağlı aparılan araşdırma zamanı məlum olub ki, İmişli şəhəri, S.Əsədov küçəsi 35 ünvanında yaşayan Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub, doğulmuş qız övladının vəziyyəti ağırlaşdığından körpə Sabirabad Perinatal Mərkəzə göndərilsə də, orada ölüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar