Xəbər lenti
Uçqunda həlak olan hərbi qulluqçu dəfn edildi - ŞƏKİL

Dəfndə şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir
Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.
İstiPress-in məlumatına görə, onun nəşi doğulduğu Yuxarı Salahlı kəndinə aparılıb və bu saatlarda kənd qəbiristanlığında dəfn olunur. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir.
ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.
Hafiz Abdullayev ailəli idi, 3 övladı var.
Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































