Xəbər lenti
Fuad Abbasov bu tarixdə Rusiyadan deport edilir
Moskva məhkəməsi azərbaycanlı jurnalistin aprelin 15-də deport edilməsi haqqında qərar çıxarıb.
Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravoasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğura nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.
Miqrasiya Xidmətini Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl (təxminən 230 min rubl) müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb. Xəbərdə o da bildirilir ki, Rusiyadakı bir neçə azərbaycanlı icması da jurnalistin deport edilməsi üçün Moskva məhkəməsinə müraciət edib. Səbəb kimi onun fəaliyyətinin Azərbaycan diasporunun Rusiya ictiamiyyəti qarşısında gözdən salınmasına xidmət etdiyi göstərilib.
Yada salaq ki, bu, 2019-cu ildə fəal azərbaycanlılarla bağlı Rusiya məhkəmələrinin ikinci qərarıdır. AzerRos-un keçmiş rəhbəri, Söyün Sadıqov da bir müddət öncə həbs edilib. Fuad Abbasov faktında olduğu kimi onun saxlanmasında da Rusiyadakı erməni diasporunun əli olduğu bildirilir./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar