Xəbər lenti
Avropa Məhkəməsi jurnalistin şikayətini təmin edib

Noyabrın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist, Müsavat Partiyasının fəalı Mustafa Hacıbəylinin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsilə (işgəncələrə qadağa) zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb.
Belə AİHM M.Hacıbəyliyə 10 min avro həcmində kompensasiyanın və 3 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsi barədə qərar çıxarıb.
Şikayət 2011-ci il aprelin 2-də müxalifətin etiraz aksiyası zamanı “Demokrat” qəzetinin redaktoru ilə pis rəftara görə verilib.
M.Hacıbəyli dinc aksiyanın dağıdılması zamanı saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və orada qeyri-insani rəftara məruz qalıb ("Amerikanın səsi").
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































