Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Dünən aldığım məlumatdan dəhşətə gəlmişəm...” – Əli Məsimli

Tarix: 11-04-2019 08:14     Baxış: 3612 A- / A+
“Dünən aldığım məlumatdan dəhşətə gəlmişəm...” – Əli Məsimli

“Mən hər zaman qeyd edirəm ki, Azərbaycan bütün istiqamətlərdə ortadan yuxarı səviyyədə qanunlarla təmin edilib. Bu məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə qəbul edilən qanunların nə dərəcədə həyata keçirilməsi, verilən fərmanların tətbiq olunmasıdır”.
Manevr.az xəbər verir ki, deputat Əli Məsimli azpolitika.info-ya müsahibəsində deyib. O, bildirib ki, birinci hissədə problemin olmaması və ya çox az olmasını obyektiv şəkildə demək olar. Lakin ikinci hissədə, yəni qanunların reallaşdırılması, həyata keçirilməsi sahəsində xeyli problemlər var.

“O cümlədən verilən fərmanlarda da belədir. Məsələn, dünən aldığım məlumatdan dəhşətə gəlmişəm. Azərbaycan Prezidenti xarici valyutada olan kreditlərlə bağlı, deyərdim ki, çox sanballı fərman imzalayıb. Həmin fərmanda detallı formada 2015-ci ilin devalvasiyaları nəticəsində insanların məruz qaldığı itkilərin həm kompensasiyası, həm də arada yaranan borcun ödənilməsi üçün əlverişli şərait yaradılmasını nəzərdə tutulur. Bu, faktiki olaraq milyonlarla insanı düşdüyü ağır şəraitdən çıxarmaq deməkdir. Üstəlik, fərman daha çox bank sisteminə fayda gətirəcək, onu canlandıracaq, sağlamlaşdırılmasına təkan verəcək.

Bu, faktiki olaraq orta səviyyədə əmək haqqı alıb, amma onun böyük hissəsini bank kreditlərinin ödənişini etdiyinə görə, ayda 180 manata qədər vəsaitlə dolanma mənzərəsini yaradan 100 minlərlə insanın düşdüyü vəziyyətdən çıxması deməkdir.

Belə bir sanballı fərmanın reallaşdırılmasına baxırsan: bir tərəfdən müsbət tendensiyaları görürsən. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlar üzərinə düşən işləri görürlər. Artıq siyahılar tutulub, banklar insanlara müraciət edirlər, onların nə qədər kompensasiya alacağını, bunu hansı formada alacaqlarını deyirlər. Amma bir qrup banklarda çalışanlar isə nəyəsə və kiməsə arxayındır, köhnə üsullarla insanları incitməkdə davam edirlər. Müraciət edənlərə açıq deyirlər ki, Prezident fərmanını bir kənara qoyaq, siz əvvəlki qaydada ödənişləri davam edin. Hədə-qorxu da gəlirlər ki, ödənilməsə, sizi məhkəməyə verəcəyik.

Dünən mənə edilən müraciətdən məlum olub ki, bir təqaüdçü ayda 200 manat pensiya alır və bank bu məbləği bütövlükdə onun əlindən alır. Birincisi, bu qanuna ziddir, qanunu pozmaqla həmin bank bilavasitə cinayət törətmiş olur. İkincisi, bu hadisənin nə insanlıqdan, nə də insaflıqdan payı yoxdur. Əgər pensiyaçının aylıq 200 manatının hamısını əlindən alırsansa, bu insan nə ilə yaşayacaq?

Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlar monitorinqlər keçirməli və Azərbaycan Prezidentinin yüksək səviyyəli hesab olunan fərmanının icrasını inkişaf etdirməli, eyni zamanda bəzi dələduzların fərmandan irəli gələn tələbləri yerinə yetirməsindən boyun qaçıraraq vətəndaşları aldatmaqda davam etməsi hallarını müəyyən etməli, bunu ictimaiyyətə çatdırmalıdır. Hesab edirəm ki, həmin pozuntulara yol verən şəxslər də tutduqları işlərindən kənarlaşdırılmalıdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar