Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Yataqxanada baş verən yanğın qəsdən törədilib" - Rövşən Rzayev

Tarix: 10-04-2019 13:48     Baxış: 4336 A- / A+
 "Yataqxanada baş verən yanğın qəsdən törədilib"


Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.

Manevr.az trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

O qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Bu gün baş verən yanğına gəldikdə isə, komitə sədri vurğulayıb ki, bunun qəsdən törədilməsi təyin olunacaq ekspretizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, martın 5-də gecə 23.30 radələrində Bakı şəhərinin Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Bu barədə xəbər alındıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar