Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərovun oğlu Paşinyana cavab verdi: "Gəl kişi kimi söhbət edək"

Tarix: 09-04-2019 17:25     Baxış: 3252 A- / A+
Dilqəm Əsgərovun oğlu Paşinyana cavab verdi: "Gəl kişi kimi söhbət edək"

Kürdoğlu Əsgərov: “Paşinyan söz verib sözünün üstə dura bilməz”

“Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan sərhədyanı ərazilərdə kənd təsərrüfatı işlərinin görülməsini təmin edə bilər”.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib: “Biz mülki şəxslərə, xüsusən də kənd təssürüfatı işləri görənlərə atəş açılmayacağına təminat verə bilərik. Əgər Azərbaycan da razı olsa, bunu təmin edə bilərik”.

N.Paşinyan həmçinin, Vyana görüşündə humanitar aksiyalar barədə əldə olunmuş razılıq əsasında, əsir və girovları yaxınlarının ziyarət etməsinə şərait yaradıla biləcəyini də əlavə edib: “Düşünürəm ki, bunun reallaşmasına çox yaxınıq. Amma bizim və Azərbaycan tərəfdən olan əsir və girov ailələrinin buna razı olub-olmayacağını bilmirik. İstisna etmirəm ki, bəzi insanlar siyasi yox, şəxsi motivlərə görə bu addımı atmasınlar. Aydındır ki, bu asan qərar olmayacaq”.

Xatırladaq ki, hazırda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimov düşmən girovluğundadır.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında Nikol Paşinyanın əsir və girovlarla bağlı yeni açıqlaması ilə tanış olduğunu bildirdi: “Nikol Paşinyan bu açıqlamadan öncə şərait yaratsın ki, atam Dilqəm Əsgərovdan canlı video gəlsin. 1 il 6 aydır atam haqqında ancaq şifahi məlumat alıram. İndi isə Paşinyan açıqlama verir ki, girov ailələri girovlara baş çəkə bilər. Paşinyana növbəti sözüm odur ki, gəl kişi kimi söhbət edək və kişi kimi hərəkət edək, atam yaşlı və xəstə kişidir, sən və hökumətin 1 il 6 aydır icazə vermir ki, Dilqəm Əsgərovdan video, şəkil, foto gəlsin. İndi bu açıqlama ilə kimi aldatmağa çalışırsan?! Paşinyan birinci növbədə atamın saxlanma durumu, hərəkət etməsi, danışması, oturması barədə video göndərilməsini təmin etsin. Onda baxarıq Paşinyan bu dediklərində səmimidir, yoxsa yox. Atamdan canlı video görüntü gəlməsə onda mən əmin olacağam ki, Paşinyan söz verib sözünün üstə dura bilməz. Belə olduğu halda ailə başçısı mən olduğuma görə heç kəsə icazə verə bilmərəm ki, Nikol Paşinyanın bir sözü ilə atamı ziyarətə getməyə cəhd etsin. Mənim atam qanunsuz girov saxlanılır, azad edilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar