Xəbər lenti
Akif Çovdarov şok xəbəri təsdiqlədi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmə davam edir. Məhkəmənin əvvəl Bakı Hərbi Məhkəməsinin binasından keçiriləcəyi bildirilsə də, sonradan proses Sabunçu Rayon Məhkəməsinin inzibati binasına dəyişdirildi.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi barədə ilk olaraq “Yeni Müsavat” sentyabr ayının 16-da yazmışdı. (http://musavat.com/news/olke/akif-covdarov-gullekechirmez-shushe-qefese-salinacaq-generalin-mehkemesi-canli-yayinda_378105.html)
“Yeni Müsavat”ın əldə etdiyi xəbərdə o da bildirilirdi ki, A.Çovdarovun prosesi keçiriləcək məhkəmə zalında audio-videoyazılışları aparan “Femida” sistemi quraşdırılıb ki, bunun köməyi ilə prosesi məhkəmədən kənarda da canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür. Dünənki prosesdə Akif Çovdarov bu xəbəri şəxsən təsdiq edib.
“Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Bilirəm ki, burada baş verənlər müvafiq orqanlar tərəfindən izlənir və sonradan həmin materiallar Eynulla Fətullayevə ötürülür. Yığışdırın bu işləri!”,- deyə, həbsdəki general bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar