Xəbər lenti
“Qarabağ”ın oyununa erməni gözü ilə baxmaq

Asəf QULİYEV
Bu gün mühüm gündür. “Qarabağ”ın oyunu var. Çexiyada.
Bu oyunda qələbə “Qarabağ”ı növbəti mərhələyə çıxara bilər.
Belə olsa Azərbaycan futbolunda yeni bir ilk olacaq.
Sözsüz ki, bu çox əhəmiyyətlidir. Bu qələbəni “Qəbələ”yə də, “İnter”ə də, “Kəpəz”ə də, bu gün ağır günlərini yaşayan “Neftçi”yə də arzulayıram. Amma bu ilkin “Qarabağ”ın aktivinə yazılmasının başqa bir önəmi var.
Bilmirəm kimsə “Qarabağ”ın Avropa oyunlarına ermənilərlə birlikdə baxıbmı?
Baxanlar bilir ki, bu başqa bir zövqdür.
Mən bu zövqü yaşamışam. İki il əvvəl.
Dəxli yoxdur, “Qarabağ” udsun, uduzsun…
Ağdamın “Qarabağ” klubunun Avropada oynaması faktına ermənilərin reaksiyası özü nəsə deyir.
Ağdamın “Qarabağ” klubunun Avropa oyunlarında qələbəsi ermənilərin ciddi məyusluğuna səbəb olur.
Ağdamın “Qarabağ” klubunun Avropa oyunlarında məğlub olması erməniləri sevindirir. Sanki ağır bir yükdən azad olurlar.
Həmişə təkrar eləmişəm yenə də təkrar edirəm. Bu gün Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan diplomatiyası ilə yanaşı “Qarabağ” klubu da Qarabağ üçün mücadilədədir.
Ordumuzdan və diplomatlarımızdan fərqli olaraq “Qarabağ” bu gün daha geniş əməliyyat imkanlarına malikdir. Çox təəssüf ki, “Qarabağ”ın bu imkanlarından istifadə olunmur.
Bəli “Qarabağ”ın hər oyunu daxili auditoriya üçün mühümdür. Amma təbliğatımızın daxili auditoriyaya hesablanması dövrünə gəlin arxada qoyaq, Avropa auditoriyası barədə düşünək.
“Qarabağ”ın bu imkanlarından mütləq istifadə etmək lazımdır.
Bu imkanların nə qədər mühüm olduğunu anlamaq üçün “Qarabağ”ın oyununa bir dəfə erməni gözü ilə baxmaq kifayətdir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar