Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nə vaxt öləcəyinizi BELƏ ÖYRƏNİN - Alimdən İNANILMAZ TEST - VİDEO

Tarix: 04-04-2019 14:59     Baxış: 3348 A- / A+
Nə vaxt öləcəyinizi BELƏ ÖYRƏNİN - Alimdən İNANILMAZ TEST - VİDEO


Adətən vücudunuzun funksiyalarının necə işlədiyini bilmək üçün bir çox test etmək və analizlər vermək lazım gəlir. Braziliyalı alim Klaudio Gil Araoujo elə bir test təklif edib ki, o, bu testin bədənin hansı yaşda olduğunu müəyyən etməyə imkan verdiyini iddia edir. Çoxsaylı araşdırmalar göstərib ki, test həqiqətən işə yarayır.

Manevr.az mətbuata istinadən xəbər verir ki, test çox sadədir. Bunun üçün sadəcə oturmaq və durmaq lazımdır.

1.Ayaqqabıları çıxarıb ayaqlarınızı çarpaz edin. Məşqin əvvəlində sizin 10 xalınız var.

2.Daha sonra bardaş qurub oturun. Bu zaman heç kimdən və heç nədən dəstək almaq olmaz. Əgər əl, diz və ya ayağınızla özünüzü dəstəkləyərsinizsə, bir xalınızı itirirsiniz. Siz bu şəkildə oturmağı bacarırsınızsa, ancaq balansınızı itirirsinizsə, yarım xalınız itirilir.

3.Ayaqlarınızı çarpaz edərək yerdə bir müddət bardaş qurub oturmağa davam edin. İndi isə heç bir dəstəksiz ayağa qalxmağa çalışın. Əgər nədənsə dəstək alaraq ayağa qalxmağa çalışsanız, siz daha bir xal itirirsiniz.

4.Belə bir sadə testin nəticələrinə əsasən, sağlamlıq vəziyyətinizi asanlıqla müəyyən edə bilərsiniz.

Nəticələr

8-10 bal

Yaxşı göstəricidir. Sağlam həyat tərzi sürürsünüz və vücudunuz yaxşı vəziyyətdədir. Səhhətiniz qaydasındadır.

6 - 7,5 bal

Pis deyil. Üzərində çalışmalı olduğunuz çox şey var, amma böyük bir risk yoxdur.

3,5 - 5,5 bal

Xəbərdarlıq siqnalı! Problemlər var. Növbəti 6 ildə ölmək riski yuxarıdakı iki kateqoriya ilə müqayisədə iki dəfə yüksəkdir.

0 - 3 bal:

Vəziyyət pisdir! Bu, ciddi bir xəbərdarlıqdır! Siz çox pis vəziyyətdəsiniz və növbəti 6 il ərzində ölmək riski ilk kateqoriya ilə müqayisədə 5 qat daha çoxdur.

Əlbəttə ki, belə bir test müəyyən xəstəlikləri olan insanlar üçün uyğun deyil. Buna baxmayaraq, onu sınamaq maraqlıdır.

İlk iki kateqoriyadan olan insanlar sakit ola bilərlər. Ancaq alt qruplara aid edilirsinizsə, çox gec qalmadan sağlamlığınızı ciddi şəkildə nəzərdən keçirmək yaxşı olardı.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar