Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

ATƏT-də kəlbəcərli girovlar barədə məruzə - VİDEO

Tarix: 23-11-2016 21:54     Baxış: 5356 A- / A+

ATƏT-də kəlbəcərli girovlar barədə məruzə

Noyabrın 23-də ATƏT-in Varşava toplantısında "Effektiv və mükəmməl ədliyyə sistemi: məhkəmələrin müstəqilliyi və keyfiyyəti” mövzusunda üç günlük konfrans öz işini yekunlaşdırıb.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və nümayəndə heyətlərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında mövcud ədliyyə sistemləri, məhkəmələrin və hakimlərin müstəqilliyi müzakirə edilib.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov vətəndaş cəmiyyəti və məhkəmələr arasındakı münasibətlərə toxunub, hakimlərin müstəqil və ədalətli qərar çıxarmasında vətəndaş cəmiyyətinin rolu barədə danışıb. Bir çox ölkələrdə məhkəmələrin siyasi, dini və milli zəmində qərarlar çıxardığını xüsusi vurğulayan ADİHİ rəhbəri 2014-cü ilin İyul ayında erməni hərbçiləri tərəfindən girov götürülmüş üç azərbaycanlı – Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında söz açıb. Həsən Həsənovun amansızcasına qətlə yetirildiyini bildirən hüquq müdafiəçisi digər iki mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan saxta məhkəmə prosesi barədə danışıb və bunun 1949-cu il Cenevrə Konvensiyasına zidd olduğunu deyib.

ADİHİ rəhbəri Əhməd Şahidov çıxış edərkən zalı tərk edən Ermənistan nümayəndəsi rəsmi Yerevanın ünvanına səslənən ittihamlardan yayınıb.(Bakı Post)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar